23 sentyabr 2026. Çərşənbə

Velotrekdə məşqçilər üçün “Təhlükəsiz idman” təlimi keçirilib


  • Offside
  • 17:48 23.09.2026
  • Oxunma sayı: 43
Velotrekdə məşqçilər üçün “Təhlükəsiz idman” təlimi keçirilib

Respublika Velotrekində məşqçilər üçün “Təhlükəsiz idman” mövzusunda təlim keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, təlimi təhlükəsiz idman üzrə məsul şəxs Vüsal Baloğlanov aparıb.

Tədbir zamanı məşqçilərə müxtəlif suallar ünvanlanıb, idman mühitində qarşılaşa biləcək situasiyalarla bağlı praktiki tapşırıqlar təqdim olunub.

İştirakçılar real vəziyyətlərin düzgün qiymətləndirilməsi, mümkün risklərin müəyyənləşdirilməsi və təhlükəsizliyin təmin olunması yolları barədə fikir mübadiləsi aparıblar.







Offside