23 sentyabr 2026. Çərşənbə

Azərbaycan şahmatçıları Olimpiadada VII tur oyunlarını keçiriblər


  • Offside
  • 19:41 23.09.2026
  • Oxunma sayı: 46
Azərbaycan şahmatçıları Olimpiadada VII tur oyunlarını keçiriblər

Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında VII tur oyunlarını keçiriblər.

90deqiqe.Az-ın məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi bu turda Yunanıstan yığması ilə qarşılaşıb. Komandamız görüşdən 3,5:0,5 hesablı qələbə ilə ayrılıb.

Qadınlardan ibarət yığmamız isə Ermənistan komandası ilə üz-üzə gəlib. Qarşılaşmada Azərbaycan şahmatçıları 1,5:2,5 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq.







Offside