- Offside
- 22:27 23.09.2026
27 Sentyabr – Anım Günü ilə əlaqədar "Ağcabədi" FK ilə "Laçın" PFK arasında yoldaşlıq oyunu keçiriləcək.
Bu barədə "Laçın" PFK-dan 90deqiqe.Az-a məlumat verilib.
Bildirilib ki, qarşılaşma sentyabrın 27-də saat 16:00-da Ağcabədi rayonunda yerləşən Şəhid Etibar İsmayılov adına stadionda baş tutacaq.
Qeyd edək ki, "Laçın" PFK bu mövsümdən etibarən Region Liqasında mübarizə aparır. Qarabağ bölgəsini təmsil edən klubun yaradılması və Region Liqasında iştirakı Laçında futbolun inkişafı və bölgənin idman həyatının canlandırılması istiqamətində atılan addımlardan biridir.
Qarşılaşma 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərin əziz xatirəsinə həsr olunacaq.