23 sentyabr 2026. Çərşənbə

“Neftçi” FIBA Avropa Kubokunda qələbə ilə başladı


  • Offside
  • 22:14 23.09.2026
  • Oxunma sayı: 45
“Neftçi” FIBA Avropa Kubokunda qələbə ilə başladı

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə qələbə ilə başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Bakı təmsilçisi təsnifat mərhələsinin ilk oyununda Estoniyanın “Parnu” klubunu qəbul edib. Bakı İdman Sarayında keçirilən qarşılaşma “ağ-qaralar”ın 80:67 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasındakı cavab görüşü sentyabrın 30-da Estoniyada keçiriləcək.

Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsində H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) ilə mübarizə aparacaq.







Offside