23 sentyabr 2026. Çərşənbə

Azərbaycan veteran cüdoçuları dünya çempionatını 11 medalla başa vurdular


  • Offside
  • 22:27 23.09.2026
  • Oxunma sayı: 41
Azərbaycan veteran cüdoçuları dünya çempionatını 11 medalla başa vurdular

Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən dünya çempionatında çıxışlarını başa vurublar.

90deqiqe.Az-ın məlumatına görə, yarışın dördüncü günündə Azərbaycan komandası daha iki bürünc medal qazanıb. M7 yaş kateqoriyasında 100 kq çəki dərəcəsində mübarizə aparan Azər Əsgərov, M8 kateqoriyasında 90 kq-da çıxış edən Fərhad Rəcəbli fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Daha əvvəl Məmmədəli Mehdiyev (-100 kq), Babək Hacıyev (-60 kq) və Mövlud Mirəliyev (-100 kq) dünya çempionu olublar.

Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq), Coşqun Abdullayev (-90 kq), Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi -73 kq), həmçinin Anar Ağayev (-90 kq) isə bürünc medala sahib çıxıblar.

Beləliklə, Azərbaycan komandası veteranlar arasında dünya çempionatını 3 qızıl və 8 bürünc olmaqla, ümumilikdə 11 medalla başa vurub.

Qeyd edək ki, 65 ölkədən idmançıların iştirak etdiyi mundialda Azərbaycan kişilərin medal sıralamasında 7-ci yeri tutub.







Offside