- Offside
- 23:37 23.09.2026
Seneqalda ölkənin Futbol Federasiyasının (FSF) prezident seçkilərində mümkün korrupsiya hallarına dair araşdırma yenidən başladılıb.
90deqiqe.Az-ın “Senewеb"ə istinadən məlumatına görə, Dakar polisi federasiyanın rəhbər şəxslərini, o cümlədən FSF prezidenti Abdoulay Fallı dindirməyə çağırmağa başlayıb.
Keçmiş dövlət xəzinədarlığı müfəttişi və regional futbol liqasının rəhbəri olan Fall 2025-ci ilin avqustunda FSF prezidenti seçilib. İş üzrə federasiyanın rəhbər orqanlarının bir neçə üzvünün də adı hallanır.
Fakt üzrə şübhəli şəxslərin seçkinin nəticələrinə təsir göstərmək məqsədilə səslərin satın alınması və qanunsuz üstünlüklər vəd edilməsində şübhəli bilindikləri bildirilir. Prokurorluq araşdırmanın başlanması barədə qərarı hələ 2025-ci ilin sentyabrında verib.
Bu araşdırma fonunda Seneqal futbolunu Afrika Millətlər Kuboku-2025-in nəticələri ilə bağlı daha bir məhkəmə prosesi gözləyir. Seneqal – Mərakeş finalının nəticəsinə dair mübahisə üzrə İdman Arbitraj Məhkəməsində dinləmələr 8 oktyabr 2026-cı il tarixində keçiriləcək.