- Offside
- 23:07 24.09.2026
Azərbaycanın kişi boksçulardan ibarət milli komandası Avropa çempionatlarında yeni medal rekorduna imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən qitə birinciliyində Səidcəmşid Cəfərovun (75 kq) yarımfinala yüksəlməsi ilə Azərbaycan millisinin ən azı 5 medal qazanacağı rəsmiləşib.
Bununla da yığmamız Avropa çempionatlarında bir turnirdə əldə etdiyi medal sayında rekordunu yeniləyib. Azərbaycan boksçuları analoji yarışlarda indiyədək ən çox 4 medal qazanıblar. Bu göstərici 2006-cı ildə Plovdivdə və 2013-cü ildə Minskdə keçirilən Avropa çempionatlarında qeydə alınıb.
Səidcəmşid Cəfərovdan əvvəl Sübhan Mamedov (50 kq) və Nəbi İsgəndərov (70 kq) finala, Amin Məmmədzadə (55 kq) isə yarımfinala vəsiqə qazanıb. Məhəmməd Abdullayev (+90 kq) də bürünc medalı təmin edib.
Beləliklə, Azərbaycan millisinin aktivində artıq ən azı 5 medal var. Çempionat sentyabrın 25-də başa çatacaq.