- Offside
- 23:07 24.09.2026
Azərbaycanın paracüdo üzrə milli komandası Tbilisidə keçiriləcək dünya çempionatında iştirak edəcək.
Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, sentyabrın 25-27-də Gürcüstanın paytaxtında təşkil olunacaq mundialda Azərbaycanı 6 idmançı təmsil edəcək.
Kişilər arasında İlham Zəkiyev (J1, +95 kq), Saleh Sultanov (J1, 81 kq), İsmayıl Muradov (J1, 70 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq) tatamiyə çıxacaqlar.
Qadınların yarışında isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan paracüdoçularının dünya çempionatına hazırlığına baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.