- Offside
- 23:07 24.09.2026
Azərbaycanın deflimpiyaçı güllə atıcısı Əli İskəndərli Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Deflimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, Əli İskəndərli 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə yarışda üçüncü yeri tutub.
Bu nəticə Azərbaycan deflimpiya tarixində atıcılıq üzrə ilk medal kimi qeydə alınıb.
Milli komandanın digər üzvü Nicat Əzimov isə yarışı 5-ci pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə eşitmə məhdudiyyətli atıcılar arasında keçirilən Avropa çempionatında təmsil olunur.