- Offside
- 23:07 24.09.2026
Çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, milli komandamız final mərhələsində beş idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında İbrahim Rübail (70 kq), Sahib Dadaşov və Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qum üzərində mübarizə aparacaqlar.
Final mərhələsinin yekununda Dünya Seriyasının əvvəlki yarışlarında qazanılan xallar da nəzərə alınacaq. Hər çəki dərəcəsində ən çox xal toplayan güləşçi Dünya Seriyasının qalibi və dünya çempionu tituluna sahib çıxacaq.
Qeyd edək ki, yarışın hakimləri arasında Azərbaycanın I-S dərəcəli referisi Asif Şirəliyev də yer alacaq.