9 noyabr 2026. Bazar ertəsi

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazandı


  • Offside
  • 17:49 24.09.2026
  • Oxunma sayı: 222
Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazandı

Azərbaycanın daha bir boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan Amin Məmmədzadə yarımfinalda rusiyalı Vyaçeslav Roqozinə məğlub olaraq qitə birinciliyinin bürünc medalına sahib çıxıb.

Bununla da Azərbaycan millisinin Sofiyadakı Avropa çempionatında qazandığı medalların sayı ikiyə çatıb. Daha əvvəl Məhəmməd Abdullayev (+90 kq) yarışın bürünc medalını təmin edib.

Qeyd edək ki, Azərbaycan boksçularından Sübhan Mamedov (50 kq) və Nəbi İsgəndərov (70 kq) finala yüksəliblər. Səidcəmşid Cəfərov (75 kq) isə yarımfinalda mübarizə aparacaq.

Bu gün Sübhan Mamedov qızıl medal uğrunda, Səidcəmşid Cəfərov isə finala vəsiqə uğrunda rinqə çıxacaq.







Offside