25 sentyabr 2026. Cümə

“Birbaşa Bakı” Çempionlar Liqasında ikinci qələbəsini qazanıb


  • Offside
  • 13:26 24.09.2026
  • Oxunma sayı: 26
“Birbaşa Bakı” Çempionlar Liqasında ikinci qələbəsini qazanıb

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Birbaşa Bakı” turnirdə ikinci oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, E qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi Macarıstanın “Çikaqo Bandur” komandası ilə qarşılaşıb. Görüş “Birbaşa Bakı”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın qollarını Mirmehdi Rzayev (22-ci dəqiqə), Elvin Əlizadə (27) və Eşqin Tağıyev (28) vurublar.

Qeyd edək ki, “Birbaşa Bakı” turnirdəki ilk oyununda İngiltərə təmsilçisi “Ardeleni”ni 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan klubu qrup mərhələsində keçirdiyi hər iki görüşdə qələbə qazanıb.







Offside