25 sentyabr 2026. Cümə

“Aznur” Çempionlar Liqasında mübarizəni başa vurdu


  • Offside
  • 17:28 24.09.2026
  • Oxunma sayı: 29
“Aznur” Çempionlar Liqasında mübarizəni başa vurdu

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Aznur” qrup mərhələsində son oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komanda F qrupunda Macarıstanın “The Private Rooftop” kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma “Aznur”un 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan klubunun heyətində Elməddin Hüseynzadə (7-ci dəqiqə), Mirkamil Əliyev (11), Mehdi Rəsulov (14) və Pərviz Qaraxanov (33) fərqləniblər.

Qələbəyə baxmayaraq, “Aznur” İspaniyanın Kambrils şəhərində keçirilən turnirdə mübarizəni başa vurub.

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrupdakı ilk oyununda Polşanın “Sokil” komandasına 0:2, ikinci görüşündə isə İngiltərənin “Bukovina Badeuti” kollektivinə 2:3 hesabı ilə uduzub.







Offside