- Offside
- 23:07 24.09.2026
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılar üçün maarifləndirici seminar keçirib.
90deqiqe.Az-ın məlumatına görə, təlim agentliyin təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov tərəfindən keçirilib.
Seminar zamanı iştirakçılara antidopinq sahəsinin əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, həmçinin antidopinq qaydalarının pozulması və bunun doğura biləcəyi hüquqi nəticələr izah olunub.
Təlimdə dopinq vasitələrindən istifadənin insan sağlamlığı üçün yarada biləcəyi risklərə də diqqət çəkilib. Bildirilib ki, bu cür hallar idmançıların peşəkar fəaliyyətinə və gələcək karyerasına mənfi təsir göstərə bilər.
Seminar çərçivəsində təmiz idman prinsiplərinə əməl olunmasının və ədalətli rəqabət mühitinin qorunmasının vacibliyi vurğulanıb.