25 sentyabr 2026. Cümə

Azərbaycan boksçusu Avropa çempionu oldu


  • Offside
  • 22:32 24.09.2026
  • Oxunma sayı: 27
Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin üzvü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Dünya çempionu və U-23 Avropa çempionatının qalibi finalda Rusiyanı təmsil edən Bair Batlayevlə qarşılaşıb. Hər üç raundu üstün başa vuran Sübhan Mamedov yekunda 4:1 hesabı ilə qalib gəlib. Hakimlərin xalları 30:27, 29:28, 28:29, 30:27, 29:28 olub.

Beləliklə, Sübhan Mamedov Avropa çempionu titulunu qazanıb və Sofiyada Azərbaycan himninin səslənməsinə nail olub.

Azərbaycan millisinin digər üzvü Səidcəmşid Cəfərov (75 kq) da finala yüksəlib. Dünya çempionatının mükafatçısı yarımfinalda İngiltərə təmsilçisi Kalum Meyki 4:1 hesabı ilə məğlub edib. Cəfərov sentyabrın 25-də final görüşündə Rusiya boksçusu İsmayıl Mutsolqovla qarşılaşacaq.

Amin Məmmədzadə (55 kq) isə turniri bürünc medalla başa vurub. Məhəmməd Abdullayev (+90 kq) da bir gün əvvəl qitə üçüncüsü olub.

Qeyd edək ki, sentyabrın 25-də keçiriləcək çempionatın son günündə Səidcəmşid Cəfərovla yanaşı, Nəbi İsgəndərov (70 kq) da final döyüşünə çıxacaq.







Offside