25 sentyabr 2026. Cümə

Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti ilə görüşüb


  • Offside
  • 14:14 25.09.2026
  • Oxunma sayı: 46
Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti Fidel İlli və Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulayla görüşüb.

Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, sentyabrın 25-də keçirilən görüşdə Azərbaycanla Albaniya arasında idman sahəsində mövcud əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər iki ölkənin idman qurumları arasında əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.







Offside