25 sentyabr 2026. Cümə

Azərbaycan gimnastları dünya çempionatında finala yüksəliblər


  • Offside
  • 17:55 25.09.2026
  • Oxunma sayı: 52
Azərbaycan gimnastları dünya çempionatında finala yüksəliblər

Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pezaro şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından  90deqiqe.Az-a verilən məlumata görə, təsnifat mərhələsində qadınlardan ibarət qrup və iki kişi cütlüyü həlledici mərhələdə çıxış etmək hüququ əldə edib.

Dünya Kubokunun qızıl medalçıları olan Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupu temp hərəkətləri proqramında 28,330 xal toplayaraq təsnifat mərhələsini birinci pillədə başa vurub.

Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü balans hərəkətləri proqramında 28,550 xal toplayaraq üçüncü olub və finala yüksəlib.

Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət digər kişi cütlüyü isə temp hərəkətləri proqramında 26,200 xal, qarışıq hərəkətlər proqramında 51,850 xal toplayaraq finalda mübarizə aparmaq hüququ qazanıb.

Beləliklə, Azərbaycan təmsilçiləri mundialın həlledici mərhələsində üç proqram üzrə mübarizə aparacaqlar.







Offside