25 sentyabr 2026. Cümə

Azərbaycan atletika məşqçiləri üçün seminar keçirilib


  • Offside
  • 11:52 25.09.2026
  • Oxunma sayı: 45
Azərbaycan atletika məşqçiləri üçün seminar keçirilib

Azərbaycan Atletika Federasiyasının (AAF) inzibati binasında atletika məşqçiləri üçün keçirilən seminar başa çatıb.

AAF-ın mətbuat xidmətindən  90deqiqe.Az-a verilən məlumata görə, sentyabrın 21-dən 25-dək davam edən təlimlərdə Bolqarıstandan dəvət olunmuş mütəxəssis Daniela Stanimirova Dasheva məşqçilərə nəzəri və praktiki biliklər verib.

Seminar zamanı məşq prosesinin düzgün təşkili, illik və aylıq hazırlıq planlarının hazırlanması, eləcə də müasir metodika və yanaşmalar barədə ətraflı məlumat təqdim olunub.

Təlim çərçivəsində iştirakçılar praktiki məşğələlərdə də iştirak ediblər.







Offside