- Offside
- 21:12 26.09.2026
Kanadanın Monreal şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 195-ci Konqresi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, 117 milli federasiyanın nümayəndələrinin iştirak etdiyi tədbirdə velosiped idmanının inkişafı, beynəlxalq yarışların təşkili və qarşıdakı illər üçün prioritet istiqamətlər müzakirə olunub.
Konqres çərçivəsində 2027-2034-cü illərdə keçiriləcək bir sıra dünya çempionatlarına ev sahibliyi edəcək şəhərlər də təqdim edilib.
Azərbaycanı tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov təmsil edib.