26 sentyabr 2026. Şənbə

Azərbaycan şahmatçıları Olimpiadada X tur oyunlarını keçiriblər


  • Offside
  • 20:50 26.09.2026
  • Oxunma sayı: 36
Azərbaycan şahmatçıları Olimpiadada X tur oyunlarını keçiriblər

Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında X tur oyunlarını keçiriblər.

90deqiqe.Az-ın məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi bu turda Bolqarıstan yığması ilə qarşılaşıb. Görüş şahmatçılarımızın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

Qadınlardan ibarət komandamız isə Sloveniya seçməsi ilə üz-üzə gəlib. Azərbaycan yığması bu görüşdə 0,5:3,5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan 46-cı Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 27-də yekun vurulacaq.







Offside