- Offside
- 21:12 26.09.2026
Peşəkar Çövkən Liqasının XIII turu turnir cədvəlində bir sıra məsələlərə aydınlıq gətirib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) 90deqiqe.Az-a bildirilib ki, turun mərkəzi qarşılaşmasında “Polad” və “Zəfər” komandaları üz-üzə gəlib. Gözlənilməz nəticə qeydə alınan görüşdə “Zəfər” 5:3 hesabı ilə qalib gəlib.
Qarşılaşmanın ilk hissəsində “Zəfər” qısa müddətdə iki qol vuraraq üstünlük əldə edib. “Polad” fasiləyədək qollardan birinin əvəzini çıxsa da, ikinci hissədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Lakin bundan artığına gücü çatmayıb. “Zəfər” oyunun sonunadək mübarizəni davam etdirərək yekunda 5:3 hesablı qələbə qazanıb.
Bu məğlubiyyətdən sonra “Polad” liderdən 8 xal geri qalıb.
Turun digər görüşlərində isə gözlənilməz nəticə qeydə alınmayıb. “Elite” “Şamaxı”nı, “Omar” isə “Atilla”nı 4:0 hesabı ilə məğlub edib. “Embawood” “Xəzər”dən 4:1 hesabı ilə üstün olub. “Sərhədçi” isə “Buta Golden”i 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bombardirlər yarışında “Sərhədçi”nin üzvü Vahid Məmmədov 24 qolla liderdir. O, “Polad”ın yetirməsi Samir Pirimovu 6 top qabaqlayır.