27 sentyabr 2026. Bazar günü

Azərbaycan cüdoçuları Sarayevoda 4 medal qazandılar


  • Offside
  • 23:11 26.09.2026
  • Oxunma sayı: 38
Azərbaycan cüdoçuları Sarayevoda 4 medal qazandılar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində Azərbaycan təmsilçiləri 4 medal qazanıblar.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvü Kamran Quliyev (G-10) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.

Sadiq Nəzirov (G-2) gümüş, Adilə Niftaliyeva (G-24) və Yusif Nəsirli (G-7) isə bürünc medala sahib olublar. Qeyd olunan üç idmançı üçün bu yarış ilk beynəlxalq turnir olub.

Beləliklə, Azərbaycan komandası Sarayevodakı turniri 1 qızıl, 1 gümüş və 2 bürünc olmaqla 4 medalla başa vurub.

Qeyd edək ki, adaptiv cüdo xüsusi qayğıya ehtiyacı olan şəxslərin fərdi imkanları nəzərə alınmaqla cüdo ilə məşğul olmasına və idman vasitəsilə sosial inteqrasiyasına imkan yaradır.







Offside