12 noyabr 2026. Cümə axşamı

Azərbaycan təmsilçiləri Sarayevoda kata yarışında gümüş medal qazandılar


  • Offside
  • 23:14 26.09.2026
  • Oxunma sayı: 267
Azərbaycan təmsilçiləri Sarayevoda kata yarışında gümüş medal qazandılar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirinin kata yarışında Azərbaycan təmsilçiləri medal qazanıblar.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvü Adilə Niftaliyeva ACF-in təhsil eksperti İbrahim Aslanovla birlikdə “nage-no-kata” proqramında gümüş medala sahib olub.

Kata cütlüyündə Adilə Niftaliyeva “tori”, İbrahim Aslanov isə “uke” qismində çıxış edib.

Beləliklə, Azərbaycan təmsilçiləri Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində daha bir medala yiyələniblər.







Offside