27 sentyabr 2026. Bazar günü

Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti seçilib


  • Offside
  • 11:10 27.09.2026
  • Oxunma sayı: 34
Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti seçilib

Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Konqresi baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, konqresdə FIDE-nin rəhbər vəzifələrinə seçkilər keçirilib. Sentyabrın 26-da Timur Turlov ikinci turda 110 səs toplayaraq FIDE-nin prezidenti seçilib. O, növbəti 4 il ərzində ali şahmat qurumuna rəhbərlik edəcək.

Bu gün isə digər rəhbər vəzifələr üzrə seçkilər keçirilib və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti 4 il müddətinə FIDE-nin vitse-prezidenti seçilib.

Qeyd edək ki, Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib. O, 2022-ci ildə bu vəzifəyə ikinci dəfə seçilərək fəaliyyətini davam etdirib.







Offside