- Offside
- 20:57 27.09.2026
Gəncə şəhərində 27 sentyabr – Vətən Müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş Vətən İdman Klubunun açıq birinciliyi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, yarışda U-11-12, U-13-15 və yeniyetmələr yaş kateqoriyalarında atletlər mübarizə aparıblar. Ümumilikdə 70 idmançı 21 çəki dərəcəsində qüvvəsini sınayıb.
Birincilikdə Gəncə UGİM-1, Gəncə UGİM-2, Gədəbəy, Goranboy, Yevlax, Cəlilabad, Vətən AİK, “Zəfər” İK və “Ümid” İK kollektivləri iştirak ediblər.