28 sentyabr 2026. Bazar ertəsi

Azərbaycan və Türkiyə şahmat federasiyaları əməkdaşlığı müzakirə edib


  • Offside
  • 12:06 28.09.2026
  • Oxunma sayı: 37
Azərbaycan və Türkiyə şahmat federasiyaları əməkdaşlığı müzakirə edib

Özbəkistanda keçirilən Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov ilə Türkiyə Şahmat Federasiyasının yeni seçilən prezidenti Enes Efendioğlu arasında görüş keçirilib.

AŞF-dan 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında şahmat sahəsində əməkdaşlığın yeni mərhələsi müzakirə olunub.

Tərəflər birgə turnirlərin təşkili, gənc şahmatçıların hazırlığı və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Mahir Məmmədov Enes Efendioğluya xatirə hədiyyəsi təqdim edib.







Offside