28 sentyabr 2026. Bazar ertəsi

Azərbaycan gimnastı Parisdə bürünc medal qazandı


  • Offside
  • 12:47 28.09.2026
  • Oxunma sayı: 31
Azərbaycan gimnastı Parisdə bürünc medal qazandı

Fransanın paytaxtı Parisdə idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kubokunda Azərbaycan təmsilçisi medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Nikita Simonov halqalar proqramında uğurlu çıxış edib. Təsnifat mərhələsində 14,033 xal toplayan gimnast dördüncü pilləni tutaraq finala yüksəlib.

Həlledici mərhələdə nəticəsini yaxşılaşdıran Simonov 14,133 xal toplayıb və yarışın bürünc medalına sahib çıxıb.







Offside