28 sentyabr 2026. Bazar ertəsi

Azərbaycan fiqurlu konkisürənləri Batumi Qran-prisində çıxış ediblər


  • Offside
  • 10:08 28.09.2026
  • Oxunma sayı: 40
Azərbaycan fiqurlu konkisürənləri Batumi Qran-prisində çıxış ediblər

Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstanın Batumi şəhərində keçirilən yeniyetmələr arasında Qran-pri yarışında iştirak ediblər.

90deqiqe.Az-ın məlumatına görə, sentyabrın 24-dən 26-dək davam edən turnirdə Azərbaycanı Aleksandr Pluşenko, Arina Kalugina, həmçinin buz üstündə rəqs cütlüyü Anna Obrien və Drake Tonq təmsil ediblər.

Aleksandr Pluşenko qısa və sərbəst proqram üzrə çıxışlarında ümumilikdə 181,97 xal toplayaraq 26 iştirakçı arasında 10-cu yeri tutub.

Arina Kalugina 160,02 xalla 35 idmançı arasında 14-cü pillədə qərarlaşıb.

Anna Obrien və Drake Tonq isə ritm və sərbəst rəqslərin yekununda 119,27 xal toplayaraq 18 cütlük arasında 12-ci olublar.







Offside