- Offside
- 21:00 28.09.2026
Azərbaycan millisinin şpaqa üzrə üzvü Vahab Fətullayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Kadet-Junior Párbajtőr Magyar Kupa 3” turnirində medal qazanıb.
Azərbaycan Qılıncoynatma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Vahab Fətullayev gənc oğlanlar arasında şpaqa üzrə şəxsi yarışda 149 iştirakçı arasında üçüncü yeri tutub.
Azərbaycanlı qılıncoynadan qrup mərhələsində keçirdiyi 6 görüşün hamısından qalib ayrılıb. O, pley-off mərhələsində Çin və Macarıstan təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib.
Vahab Fətullayev 1/4 finalda Kubinger Akosu 15:10 hesabı ilə məğlub edib. Yarımfinalda isə Edmond Ventzelə 13:15 hesabı ilə uduzaraq turniri bürünc medalla başa vurub.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Macarıstan, Avstriya, Çin, İrlandiya, Rumıniya, Serbiya və Slovakiyadan olan idmançılar da iştirak ediblər.