- Offside
- 21:00 28.09.2026
Azərbaycan gimnastları Slovakiyanın paytaxtı Bratislavada keçirilən “Slovak Trampoline Open Cup” beynəlxalq turnirində 7 medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, sentyabrın 25-dən 28-dək davam edən yarışda təmsilçilərimiz 3 qızıl, 2 gümüş və 2 bürünc medala sahib çıxıblar.
Əli Niftəliyev və İbrahim Mustafazadə sinxron proqramda 39,600 xal toplayaraq qızıl medal qazanıblar.
İkili mini-batut yarışında Çingiz Vəliyev 49,300, Vəfa Əlisultanova isə 44,000 xalla fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Fərdi proqramda İbrahim Mustafazadə 51,710, Fərhad Vəliyev isə 51,800 xalla gümüş medala sahib olub.
Əli Niftəliyev fərdi çıxışda 51,499 xal, Fərhad Vəliyev isə ikili mini-batut proqramında 46,000 xal toplayaraq bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan gimnastları Bratislavada keçirilən beynəlxalq turniri 7 medalla başa vurublar.