- Offside
- 21:00 28.09.2026
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində 5 medal qazanıblar.
Azərbaycan Xüsusi Olimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, komandamız yarışı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Kamran Quliyev G-10 divizionunda bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Sadiq Nəzirov G-2 divizionunda ikinci, Yusif Nəsirli isə G-7 divizionunda üçüncü yeri tutub.
Adilə Niftəliyeva G-24 divizionunda bürünc medala sahib çıxıb. O, kata yarışında da çıxış edərək ikinci pilləni tutub və gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan təmsilçiləri Sarayevodakı turniri ümumilikdə 5 medalla başa vurublar.