28 sentyabr 2026. Bazar ertəsi

“Turan”ın Çempionlar Liqasındakı ilk ev oyunu azarkeşlər üçün pulsuz olacaq


  • Offside
  • 13:15 28.09.2026
  • Oxunma sayı: 42
“Turan”ın Çempionlar Liqasındakı ilk ev oyunu azarkeşlər üçün pulsuz olacaq

Qadın voleybolçulardan ibarət “Turan” klubunun CEV Çempionlar Liqasında keçirəcəyi ilk ev oyununun biletləri azarkeşlərə pulsuz təqdim olunacaq.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Tovuz Olimpiya İdman Kompleksində oktyabrın 20-də Xorvatiyanın “Mladost-Zaqreb” komandası ilə keçiriləcək qarşılaşmaya giriş biletləri ödənişsiz olacaq.

Voleybol həvəskarları biletləri oktyabrın 10-dan etibarən Tovuz Olimpiya İdman Kompleksindən əldə edə biləcəklər. Qarşılaşma üçün ümumilikdə 1500 bilet nəzərdə tutulub.

Klub rəhbərliyi oyuna marağın yüksək olacağını nəzərə alaraq, arenada yer çatışmazlığı yaranacağı təqdirdə azarkeşlərin də qarşılaşmanı izləyə bilməsi üçün kompleksin həyətində böyük ekran quraşdıracaq.

Bundan əlavə, görüşdən əvvəl azarkeşlər üçün geniş konsert proqramının təşkili planlaşdırılır. Tədbirlə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı bildirilib.







Offside