- Offside
- 21:00 28.09.2026
“Gəncə” basketbol klubunun direktoru Elnur Cəfərov aşağı yaş qruplarından ibarət komandaların məşqçiləri və oyunçuları ilə görüş keçirib.
90deqiqe.Az-ın məlumatına görə, görüşdə Gəncədə basketbolun inkişaf strategiyası və aşağı yaş qrupları üzrə komandaların fəaliyyəti müzakirə olunub.
Elnur Cəfərov bildirib ki, klub rəhbərliyi basketbolun şəhərdə kompleks şəkildə inkişaf etdirilməsini qarşıya məqsəd qoyub. Bu istiqamətdə müxtəlif yaş qrupları üzrə komandalar formalaşdırılıb və onların liqalarda iştirakı təmin edilib.
Direktor uşaq basketbolunun klubun hərtərəfli inkişaf strategiyasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, məşq prosesində əsas diqqət yalnız nəticəyə deyil, oyunçuların inkişafına yönəldilir.
Görüşdə həmçinin ötən mövsümün nəticələri təhlil olunub, məşqçilərin hesabatları dinlənilib və qarşıdakı yarışlar üçün hədəflər müzakirə edilib.