28 sentyabr 2026. Bazar ertəsi

Azərbaycan kikboksçuları dünya çempionatını 16 medalla başa vurdular


  • Offside
  • 16:49 28.09.2026
  • Oxunma sayı: 37
Azərbaycan kikboksçuları dünya çempionatını 16 medalla başa vurdular

İtaliyanın Jesolo şəhərində yeniyetmə və gənclər arasında keçirilən WAKO dünya çempionatında Azərbaycan milli komandası uğurlu çıxış edib.

90deqiqe.Az-ın məlumatına görə, millimiz mundialı 10 qızıl, 4 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 16 medalla başa vurub.

Azərbaycan komandası ümumi medal sayına görə 11-ci, rinq proqramlarında qazandığı medalların sayına görə isə 3-cü yeri tutub.

Gənclər arasında Əli Mayılzadə (57 kq, “Low Kick”), Adil Əsədov (54 kq, “K1”) və Gülgəz İbrahimli (48 kq, “Low Kick”) dünya çempionu olublar.

Yeniyetmələr arasında isə Hüseyn Mahmudzadə (42 kq, “Low Kick”), Seymur Quliyev (45 kq, “Low Kick”), Hüseyn Əmirli (45 kq, “K1”), Nizami Əliyev (48 kq, “Full Contact”), Ayxan Allahyarlı (54 kq, “K1”), Cəmil Məmmədov (42 kq, “K1”) və Eldar Rzayev (75 kq, “Low Kick”) qızıl medal qazanıblar.

Yarış çərçivəsində Azərbaycan hakimləri də fərqləniblər. Rinq hakimləri Aydın Koç Ağabəyov və Anar Məmmədov beynəlxalq A dərəcəli hakimlik statuslarını yeniləyiblər. Anar Məmmədov, həmçinin çempionatın “Ən yaxşı rinq hakimi” mükafatına layiq görülüb.

Qeyd edək ki, Jesoloda təşkil olunan dünya çempionatında ümumilikdə 79 ölkədən idmançılar mübarizə aparıblar.







Offside