28 sentyabr 2026. Bazar ertəsi

Azərbaycan boksçuları Çində “Kəmər və Yol” turnirində 10 medal qazandılar


  • Offside
  • 17:42 28.09.2026
  • Oxunma sayı: 35
Azərbaycan boksçuları Çində “Kəmər və Yol” turnirində 10 medal qazandılar

Çinin Sincan-Uyğur Muxtar Rayonunda böyüklər və gənclər (U-19) arasında keçirilən beynəlxalq “Kəmər və Yol” turnirində Azərbaycan boksçuları 10 medal qazanıblar.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, millilərimiz yarışı 2 qızıl, 3 gümüş və 5 bürünc medalla başa vurublar.

Dünya çempionatına hazırlaşan U-19 yığmasının heyətində Nihat Qasımov (55 kq) və Səftər Məmmədzadə (+90 kq) turnirin qalibi olublar. Heydər Əzməmmədov (85 kq) gümüş, Əli Baxışov (60 kq), Renat Qiyaslı (80 kq) və Zaur Səmədov (90 kq) isə bürünc medal qazanıblar.

Əsas milli komandamızın üzvlərindən Tural Sarıyev (55 kq) və Sərxan Əliyev (70 kq) ikinci, Zəlimxan Süleymanov (55 kq) və Zaur Qəhrəmanov (65 kq) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, Azərbaycan boksçuları Çində keçirilən turnirdən əvvəl 26 ölkənin iştirak etdiyi beynəlxalq təlim-məşq toplanışında da iştirak ediblər.







Offside