- Offside
- 21:00 28.09.2026
“Sumqayıt” basketbol klubu heyətini amerikalı oyunçu ilə gücləndirib.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi 27 yaşlı hücumçu Malek Qrinlə mövsümün sonunadək müqavilə imzalayıb.
Amerikalı basketbolçunun son klubu ölkəsinin “Yanqstoun Steyt” komandası olub. Qrin son mövsümdə keçirdiyi oyunlarda orta hesabla 10,1 xal və 5,7 ribaundla yadda qalıb.
Qeyd edək ki, Malek Qrin karyerası ərzində Lüksemburq, Vyetnam, Xorvatiya, İngiltərə və Almaniya çempionatlarında da çıxış edib.