- Offside
- 20:35 29.09.2026
“Xankəndi” futbol klubunun yeni baş məşqçisi bəlli olub.
I Liqa təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, Röyal Nəcəfov bu vəzifəyə təyin edilib. 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalanan mütəxəssis komandanı mövsümün qalan hissəsində çalışdıracaq.
Qeyd edək ki, Röyal Nəcəfov “Xankəndi”nin baş məşqçisi postunda Zaur Hacıyevi əvəzləyib.