29 sentyabr 2026. Çərşənbə axşamı

Bakıda ilk dəfə “Baku Fitness Running Open” festivalı keçirilib


  • Offside
  • 14:04 29.09.2026
  • Oxunma sayı: 27
Bakıda ilk dəfə “Baku Fitness Running Open” festivalı keçirilib

Bakıda ilk dəfə “Baku Fitness Running Open” fitness qaçış festivalı təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin dəstəyi və Dünya Fitnes Qaçış Federasiyasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən festival 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunub.

Beş mərhələdən ibarət “Fitness Running” proqramı üzrə keçirilən yarışda qadınların mübarizəsində Anna Yusubova birinci, Pərvanə Hüseynova ikinci, Mahsa Palar isə üçüncü yeri tutub.

35 yaşadək kişilər arasında Qalib Mirzəyev qalib olub. Əsəd Əliyev ikinci, Nurlan Süleymanov üçüncü yeri tutub.

35 yaşdan yuxarı atletlər arasında Rafil Abdullayev birinci, Pərviz İsmayıllı ikinci, Cəlil Əliyev isə üçüncü olub.

50 yaşdan yuxarı iştirakçılar arasında İsrafil İsmayılov qalib gəlib. Qafur Mustafayev ikinci, Emin Şəfiyev isə üçüncü yeri tutub.

Yarışın sonunda fərqlənən atletlərə sertifikat, diplom, medal, kubok və müxtəlif hədiyyələr təqdim olunub.







Offside