29 sentyabr 2026. Çərşənbə axşamı

Azərbaycan Üzgüçülük Federasiyasının yeni maskotları təqdim olunub


  • Offside
  • 14:54 29.09.2026
  • Oxunma sayı: 27
Azərbaycan Üzgüçülük Federasiyasının yeni maskotları təqdim olunub

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları ictimaiyyətə təqdim olunub.

90deqiqe.Az-ın məlumatına görə, Federasiyanın yeni maskotları “Araz”, “Damla” və “Xəzər” adlanır. Onlar ən kiçik üzgüçülük həvəskarlarından peşəkar idmançılara qədər hər kəsin suya olan sevgisinin simvolu kimi təqdim edilir.

Maskotların əsas məqsədi su ehtiyatlarından səmərəli istifadənin və suya qənaətin əhəmiyyətinə diqqət çəkmək, həmçinin Xəzər dənizinin səviyyəsinin azalması məsələsini gündəmdə saxlamaqdır.

Federasiyadan bildirilib ki, su həyat mənbəyidir və onun, eləcə də Xəzər dənizinin qorunması hər kəsin üzərinə düşən məsuliyyətdir.

Qeyd edək ki, “Araz”, “Damla” və “Xəzər”lə oktyabrın 1-3-də Bakıda keçiriləcək Dünya Kuboku zamanı yaxından tanış olmaq mümkün olacaq.







Offside