- Offside
- 22:25 29.09.2026
Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) yeni loqosu ictimaiyyətə təqdim olunub.
90deqiqe.Az-ın məlumatına görə, yenilik “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin Füzulidə keçirilən ilk mərhələsindən sonra elan edilib.
Bildirilib ki, Azərbaycan Su İdman Növləri Federasiyası bundan sonra Azərbaycan Su İdmanı Federasiyası (AZSİF) adı ilə fəaliyyət göstərəcək. Federasiyanın fəaliyyət istiqamətlərinə yelkən və balıqçılıq idmanı növləri də əlavə olunub.
Bununla yanaşı, AZSİF-in yeni rəsmi internet saytı da ictimaiyyətə təqdim edilib.