30 sentyabr 2026. Çərşənbə

Azərbaycan tennisçisi ATP reytinqində yer alan tennisçilər sırasına qoşuldu


  • Offside
  • 22:19 29.09.2026
  • Oxunma sayı: 31
Azərbaycan tennisçisi ATP reytinqində yer alan tennisçilər sırasına qoşuldu

Azərbaycan tennisçisi Tamerlan Əzizov Bakıda keçirilən “M15 Baku” beynəlxalq tennis turnirində uğurlu çıxış edib.

Azərbaycan Tennis və Padel Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, milli tennisçimiz turnirdə ilk matçını qələbə ilə başa vuraraq növbəti mərhələyə yüksəlib.

Bu nəticə Tamerlan Əzizov üçün peşəkar karyerasında mühüm uğur olub. O, həm fərdi, həm də cütlər kateqoriyasında ilk ATP reytinq xallarını qazanıb.

Beləliklə, Tamerlan Əzizov hazırda həm tək, həm də cütlər üzrə ATP reytinqində yer alan yeganə Azərbaycan tennisçisidir.

Qeyd edək ki, ATP reytinq xalları kişi tennisçilərin peşəkar turnirlərdə əldə etdiyi nəticələr əsasında hesablanır. Son 52 həftənin nəticələrini əks etdirən reytinq oyunçuların dünya sıralamasındakı mövqeyini müəyyənləşdirir.







Offside