30 sentyabr 2026. Çərşənbə

Çeferindən İnfantinoya istefa çağırışı - “Artıq bəsdir”


  • Offside
  • 22:25 29.09.2026
  • Oxunma sayı: 36
Çeferindən İnfantinoya istefa çağırışı  - “Artıq bəsdir”

UEFA prezidenti Aleksander Çeferin FIFA rəhbəri Canni İnfantinonu istefaya çağırıb.

90deqiqe.Az-ın məlumatına görə, sloveniyalı funksioner Avropa Klublar Assosiasiyasının (ECA) toplantısında çıxış edib. İnfantino da tədbirə dəvət olunsa da, iştirak etməyib.

Çeferin çıxışı zamanı futbolun onu idarə edən şəxslərdən daha vacib olduğunu vurğulayıb.

“Artıq deməyin vaxtıdır: “Bəsdir”. Təsəvvür edin ki, sizin arxanızca mirasınızın satılması müzakirə olunur. Futbol onu idarə edən şəxslərdən daha vacibdir”, – deyə UEFA prezidenti bildirib.

Qeyd edək ki, daha əvvəl UEFA-nın FIFA prezidentliyinə 2027-ci il seçkilərində PSJ prezidenti Nasser Əl-Xələifini namizəd kimi irəli sürməyi planlaşdırdığı barədə məlumat yayılmışdı. Lakin Əl-Xələifi bu təklifdən imtina edərək Çeferini UEFA prezidentliyinə yenidən namizəd olmağa çağırıb.







Offside