- Offside
- 22:14 30.09.2026
Azərbaycanın şose velosipedi üzrə milli komandası Avropa çempionatında iştirak etmək üçün Sloveniyanın paytaxtı Lyublyanaya yollanıb.
Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, oktyabrın 2-dən 7-dək keçiriləcək yarışda Azərbaycan elit və gənclər kateqoriyalarında 4 velosipedçi ilə təmsil olunacaq.
Gənclər arasında Rəhim Nağıyev və Nihad Xudoyev, elit kateqoriyasında isə Nofəl Nuriyev və Şahin Eyvazov mübarizə aparacaqlar.
Avropanın müxtəlif ölkələrindən güclü velosipedçilərin qatılacağı çempionatda Azərbaycan təmsilçiləri fərdi və qrup ötüşməsi növlərində çıxış edəcəklər.