- Offside
- 22:14 30.09.2026
Sentyabrın 30-da Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gənclər və idman naziri Fərid Qayıbov 4 il ərzində federasiyaya rəhbərlik etmiş Muxtar Babayevə fəaliyyətinə görə təşəkkür edib. Muxtar Babayev də öz növbəsində göstərilən etimada görə minnətdarlığını bildirib.
Yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın 2022-2026-cı illər ərzində gördüyü işlərə dair hesabat təqdim olunub və səsvermə yolu ilə təsdiqlənib.
Daha sonra federasiyanın rəhbərliyinə seçki keçirilib. Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib.
Ağakərim Səmədzadə çıxışında göstərilən etimada görə təşəkkür edib və alpinizmin inkişafı istiqamətində bütün səylərini göstərəcəyini vurğulayıb.