30 sentyabr 2026. Çərşənbə

U-17 Avropa çempionatında Azərbaycanı 21 boksçu təmsil edəcək


  • Offside
  • 17:36 30.09.2026
  • Oxunma sayı: 26
U-17 Avropa çempionatında Azərbaycanı 21 boksçu təmsil edəcək

Oktyabrın 3-də Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı start götürəcək.

Boks Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, 9 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Məşqçilər korpusu yarışda Aysel Fərəcova (46 kiloqram), Aydan İsmayıllı (48 kiloqram), Leyla Mahmudlu (52 kiloqram), Alsu Yafarova (54 kiloqram), Cəmilə Muradlı (57 kiloqram), Fidan Bakarova (63 kiloqram), Səma Abbasova (66 kiloqram), Xumar Cəfərli (+80 kiloqram), Həsrət Məmmədov (46 kiloqram), Nihad Məmmədli (48 kiloqram), Vaqif Məmmədli (50 kiloqram), İsmayıl Nəsirzadə (52 kiloqram), Qardaş Rəhimov (54 kiloqram), Məhəmmədəli İstamov (57 kiloqram), Əli Abaslı (60 kiloqram), Məhəmmədəli Rüstəmov (63 kiloqram), Yusif Həsənli (66 kiloqram), Hidayət Məmmədov (70 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram), Şükar Əliyev (80 kiloqram) və Mehran Rəsulova (+80 kiloqram) güvənəcək.

Avropa çempionatında Anar Nağdıyev və Qalib Əbiyev isə ölkəmizi hakim kimi təmsil edəcəklər.

Qeyd edək ki, yarışda 40 ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir. Budvaya oktyabrın 1-də yollanacaq boksçularımız ayın 12-də Bakıya qayıdacaqlar.







Offside