30 sentyabr 2026. Çərşənbə

Azərbaycan stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar


  • Offside
  • 17:44 30.09.2026
  • Oxunma sayı: 28
Azərbaycan stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “WTT Youth Contender Tbilisi 2026” beynəlxalq turnirinə yekun vurulub.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan stolüstü tennisçiləri yarışda uğurlu çıxış edərək 5 medal qazanıblar.

Milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə turnirdə iştirak edən 10 idmançıdan 5-i fəxri kürsüyə yüksəlib.

Onur Quluzadə U-19 yaş kateqoriyasında, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev, Gülnur Kərimli və Səidə Quluzadə isə U-11 yaş dərəcəsində bürünc medal qazanıblar.







Offside