30 sentyabr 2026. Çərşənbə

Azərbaycan Alpaqut Federasiyasında yeni təyinatlar olub


  • Offside
  • 18:29 30.09.2026
  • Oxunma sayı: 27
Azərbaycan Alpaqut Federasiyasında yeni təyinatlar olub

Azərbaycan Alpaqut Federasiyası (AAF) İdarə Heyətinin qərarı ilə İcraiyyə Komitəsində iki disiplin üzrə yeni koordinator təyin olunub.

AAF-dan 90deqiqe.Az-a verilən məlumata görə, Elvin Mirzəyev caymaz disiplini üzrə koordinator vəzifəsinə təyin edilib. Bu post indiyədək vakant olub.

Abbas Abaslı isə qurşak disiplini üzrə koordinator təyin olunub. O, bu vəzifədə Sunar Cəlilovu əvəzləyib.

Beləliklə, İcraiyyə Komitəsində alpaqutun beş yarış disiplininin – ayça, batur, caymaz, qurşak və kaçut – hər biri üzrə koordinator müəyyənləşib.

Yeni təyin olunan koordinatorlar bir ay ərzində təmsil etdikləri disiplin üzrə iş planını İcraiyyə Komitəsinə təqdim edəcəklər.







Offside