1 oktyabr 2026. Cümə axşamı

Azərbaycan Basketbol Liqasında yeni mövsümə start verildi


  • Offside
  • 22:14 30.09.2026
  • Oxunma sayı: 34
Azərbaycan Basketbol Liqasında yeni mövsümə start verildi

Azərbaycan Basketbol Liqasının (ABL) 2026/2027-ci illər mövsümünə start verilib.

90deqiqe.Az-ın məlumatına görə, mövsümün açılış oyununda son çempion “Sabah” ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions”la qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş “Sabah”ın 84:74 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Sabah” yeni mövsümə qələbə ilə başlayıb.

Qeyd edək ki, 2026/2027-ci illər mövsümündə ABL-də 8 komanda mübarizə aparacaq. Bunlar “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD və “Sumqayıt”dır.







Offside