1 oktyabr 2026. Cümə axşamı

Azərbaycan avarçəkənləri “Mingəçevir Reqatası-2026”da daha 3 medal qazandılar


  • Offside
  • 12:57 30.09.2026
  • Oxunma sayı: 36
Azərbaycan avarçəkənləri “Mingəçevir Reqatası-2026”da daha 3 medal qazandılar

Azərbaycan təmsilçiləri “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə daha 3 medal qazanıblar.

90deqiqe.Az-ın məlumatına görə, 500 metr məsafəyə 2 nəfərlik kayak yarışında (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov cütlüyü 1:54.51 nəticə ilə birinci olub. Nuran Rəhimli – Elvin Əliyev tandemi isə 2:03.43 nəticə ilə üçüncü yeri tutub.

1000 metr məsafəyə 1 nəfərlik kanoe yarışında (2008-2009) Hüseyn Səmədli 4:43.54 nəticə göstərərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, turnirin ötən gün Füzulidə, Köndələnçay su anbarında keçirilən ilk mərhələsində Azərbaycan idmançıları 4 medal qazanıblar. Əlimurad Hacızadə qızıl, Nuran Rəhimli gümüş, Hüseyn Səmədli və Elmir Tarverdiyev isə bürünc medal əldə ediblər.

Beləliklə, Azərbaycan təmsilçilərinin “Mingəçevir Reqatası-2026”da qazandığı medalların sayı 7-yə çatıb.

Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.







Offside