1 oktyabr 2026. Cümə axşamı

Azərbaycan avarçəkənindən “Mingəçevir Reqatası-2026”da daha bir qızıl medal


  • Offside
  • 16:22 30.09.2026
  • Oxunma sayı: 32
Azərbaycan avarçəkənindən “Mingəçevir Reqatası-2026”da daha bir qızıl medal

Azərbaycan təmsilçisi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində daha bir qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, akademik avarçəkmə üzrə 1500 metr məsafəyə yarışda (2008-2009) Azər İlyasov bütün rəqiblərini qabaqlayaraq birinci olub.

Turnirin bu gün keçirilən yarışlarında 500 metr məsafəyə 2 nəfərlik kayak mübarizəsində (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov cütlüyü 1:54.51 nəticə ilə qızıl medal qazanıb. Nuran Rəhimli – Elvin Əliyev tandemi isə 2:03.43 göstərici ilə üçüncü olub.

1000 metr məsafəyə 1 nəfərlik kanoe yarışında (2008-2009) Hüseyn Səmədli 4:43.54 nəticə ilə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, ötən gün Füzulidə, Köndələnçay su anbarında keçirilən ilk mərhələdə Azərbaycan idmançıları 4 medal qazanıblar. Əlimurad Hacızadə qızıl, Nuran Rəhimli gümüş, Hüseyn Səmədli və Elmir Tarverdiyev isə bürünc medala sahib olublar.

Beləliklə, Azərbaycan təmsilçilərinin “Mingəçevir Reqatası-2026”da qazandığı medalların sayı 8-ə çatıb.

Qeyd edək ki, oktyabrın 1-də başa çatacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edir.







Offside